park-bulvar-tusi-bohm-planetarium--beynelxalq-astronavtika-konqresinin-resmi-veb-sehifesinde-olke-ehemiyyetli-5-gormeli-mekanlardan-biri-kimi-gosterilib

Xəbərlər

10 Jan 2019

Park Bulvar Tusi-Bohm Planetarium Beynəlxalq Astronavtika Konqresinin resmi veb səhifəsində ölkə əhəmiyyətli 5 görməli məkanlardan biri kimi göstərilib.

Azərbaycan ilk dəfə kosmik sahədə fəaliyyət göstərən 6,000-dən çox nümayəndəni bir araya toplayan qlobal konqresə ev sahibliyi edəcək. 25 oktyabr 2019 – ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu Dehli şəhərləri də olub. Qürur hissi ilə qeyd etməliyik ki, Tusi-Bohm Planetarium 2022-ci ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin resmi veb səhifəsində ölkə əhəmiyyətli 5 görməli məkanlardan biri kimi göstərilib (Bknz ek). Konqres çərçivəsində Park Bulvar Tusi Bohm Planetariumda bir çox maraqlı tədbirlər keçiriləcək. Qeyd edək ki, 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Bu konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6,000-dən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri  və ən son innovasiyaları izləmək fürsəti əldə edir.

Digər xəbərlər

news-left-icons news-right-icons