park-cinema-park-bulvar-da-elcilik-filminin-imza-gunu-kecirildi
park-cinema-park-bulvar-da-elcilik-filminin-imza-gunu-kecirildi
park-cinema-park-bulvar-da-elcilik-filminin-imza-gunu-kecirildi
park-cinema-park-bulvar-da-elcilik-filminin-imza-gunu-kecirildi
park-cinema-park-bulvar-da-elcilik-filminin-imza-gunu-kecirildi
park-cinema-park-bulvar-da-elcilik-filminin-imza-gunu-kecirildi

Xəbərlər

16 Apr 2023

Park Cinema Park Bulvar-da “Elçilik” filminin imza günü keçirildi

Aprelin 16-da "Park Bulvar AVM" təşkilati dəstəyi ilə "Park Cinema" kinoteatrında "Elçilik" filminin imza günü keçirilib.

Tədbirdə filmin baş rol ifaçıları, aktyorlar və başqaları iştirak edib. Onlar izləyicilərlə görüşüb filmi müzakirə etdikdən sonra, birlikdə ekran işini izləyiblər.

Filmdə Azərbaycanda "Təhminə" rolu ilə tanınan Meral Konrat, aparıcılar Elgiz Əkbər və Pərvanə Tahirqızı, müğənnilər Xatun və Barış Kömürcüoğlu, aktyorlar Teymur Məmmədov, Firüzə Balayeva və Niftulla Əsgərov rol alıb.

Ekran işinin ideya müəllifi Toğrul Hüseynli, quruluşçu rejissoru İlham Yaraşaroğlu ("My Name is İntiqam”, "Hozu” romantik komediyası və "Hozu cangüdən” macəra komediyası) və ssenari müəllifi Əcəmi Əsədulladır ("Geri Dönənlər”).

Film türk ailənin azərbaycanlı ailəyə elçi gəlməsi ilə başlayır. Bu ailələr bir-birini sosial şəbəkə üzərindən tanıyıb. Ailələr özlərini bir-birinə varlı kimi təqdim edib, bir-birinin sərvətinə ortaq olmaq üçün övladlarını evləndimək qərarına gəlirlər. Bu ailələr zamanında imkanlı olub, sonradan iflas ediblər.

Hər iki ailənin məqsədi övladlarını varlı bir ailəyə verib, əvvəlki günlərinə geri dönməkdi. Türkiyədən gələn ailənin tanışlıq və elçilik müddətində azərbaycanlı ailənin evində qalması fonunda baş verən hadisələrin sonunda hər iki ailənin iç üzü açılır və onlar bir-birinə düşmən olurlar. Evləndirmək planları qurduqları gənclər isə bir-birinə aşiq olur, böyüklər istəməsə də, bu kasıb ailələrin uşaqları evlənmək qərarına gəlirlər.

Bu müddətdə baş verən bəzi hadisələr və evə Afrikadan göndərilən meymun ailələrin anidən varlanmasına gətirib çıxarır. Sonda isə ailələr varlı olur, uşaqları da evlənib xoşbəxt olurlar. Kimsə, kimsənin sərvətinə göz dikmir... Sonda yenə də qazanan saf sevgi və məhəbbət olur.

Digər xəbərlər

news-left-icons news-right-icons