100 il eyni səma Altında!
2019-cu ildə Beynəlxalq Astronomiya İttifaqı (BAİ) özünün 100 illiyini və ötən yüzil ərzində elm, texnika və mədəniyyəti formalaşdıran astronomik kəşfləri bayram edir. Tusi Bohm Planitarium da "100 saat astronomiya" tədbirlərə qatılaraq 10-13 yanvar tarixlərində açıq qapı saatları, tanınmış alimlərin mühazirələrini təşkil etdi. Təhsil Nazirliyi Respublika Uşaq Gənclər Mərkəzi ilə birlikdə Bakı Şəhər məktəbliləri arasında keçirilən "kosmik geyimlər" müsabiqəsi də maraqla qarşılandı. Müsabiqənin qalibləri ŞokKi MokKi brendinin sevilən və dadlı hədiyyələri ilə mükafatlandırıldılar.