Loading...
Loading...
Loading...
Loading...
Loading...
  • +994 (012) 598 80 80

  • 10:00 - 22:00

10-cu Avropa Film Festivalı “Park Bulvar AVM” de start götürdü.

Park Cinema Kinotetrlar şəbəkəsi və Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyi tərəfindən təşkil edilən festivalda oktyabrın 16-na qədər Azərbaycan tamaşaçısı 14 Avropa İttifaqı  ölkəsinin və Azərbaycanın istehsalı olan 15 filmi izləyə biləcək.
Tədbiri giriş sözü ilə açan “Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas” bildirib ki, insanların Avropa filmləri və mədəniyyəti ilə maraqlanması onlar üçün böyük mükafatdır. Bu bizim birimizi tanımaq və əməkdaşlıq qurmaq üçün cox gözəl yoldur.

“Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi” çıxış edərək məhz macar filminin ilk olaraq təqdim olunmasından qürur duyduğunu bildirib.

Festival "Saulun oğlu" filminin nümayişi ilə başlayıb. Tamaşaçılara Xorvatiya, Çexiya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, İspaniya, İsveç kimi Aİ ölkələrinin rejissorlarının əsərləri təqdim ediləcək

Festival filmləri Park Bulvar AVM “Park Cinema kinoteatrı”nda nümayiş olunur. Giriş pulsuzdur. Festival çərçivəsində bəzi filmlərin rejissorları ilə görüşlər də təşkil ediləcək

Digər xəbərlər

"Park Bulvar"dakı kampaniyalar, yeniliklər və endirimlər haqqında ətraflı məlumat burada.