Park Bulvar AVM-də Plastik tullantılardan Yeni il ağacı hazırlanıb.
Park Bulvar AVM-də ekoloji problemlərin aradan qaldırılması və
insanların maarifləndirilməsi istiqamətində əhəmiyyətli layihələr aparılır.
Bildiyiniz kimi, Park Bulvar AVM rəhbərliyi
ekoloji problemlərin aradan qaldırılması və insanların maarifləndirilməsi
istiqamətində aparılan layihələrə əhəmiyyət verir.
Həmin layihələrə dəstək olmaq məqsədilə
dekabrın 6-da AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri şirkətinin və
Bakı Xəzər Rotari Klubunun birgə təşkilatçılığı, Amerika Birləşmiş Ştatlarının
(ABŞ) Azərbaycandakı Səfirliyinin, Azersun Holdinqin və Park Bulvar AVM-in dəstəyi
ilə, “Plastik tullantılardan Yeni il ağacının hazırlanması”
layihəsinə start verildi. Ağacının hazırlanması prosesində ABŞ-ın Azərbaycandakı
səfirinin müavini cənab Maykl Dikerson da iştirak edib.
Layihənin məqsədi ictimaiyyətin
diqqətini ətraf mühitin qorunmasına yönləndirmək, cəmiyyəti tullantıları düzgün
idarə edilməsi istiqamətində maarifləndirmək, həmçinin tək istifadəlik plastik əşyalardan
istifadənin azaldılmasını, alternativ və bərpa olunan enerji mənbələrindən
istifadəni və sağlam həyat tərzini təbliğ etməkdir.Yeni il şam ağacının
yanında qurulan velosipeddən istifadə etməklə ağacı işıqlandırmaq olur
Əlavə Məlumat: Bu il Park Bulvar AVM-in Yeni İl şam ağacı da dəyişdirilib..
9 metr hündürlüyündə olacak olan yeni şam ağacı dekabrın 15-de bəzədilib
hazır vəziyyətdə müştərilərimizə bayram əhval ruhiyyəsi yaşadacaq.