Park Bulvarda Milli Musiqi Günü qeyd olunacaq
Bu gün saat 18.00-da Park Bulvar AVM-də Milli Musiqi Gününə həsr olunan konsert keçiriləcək.
Xüsusi konsert proqramında Fərid Abasov, Vaqif Qulamov, Təhminə Xuduzadə və Lala Ağayevadan ibarət kvartet Üzeyir Hacıbəyli, Tofiq Quliyev kimi dahi Azərbaycan bəstəkarlar ilə yanaşı dünya klassiklərinin repertuarından əsərlər ifa edəcəklər. Bundan başqa Elşən Tahirov (tar), Abbas Abdullayev (kamança), Nüşabə Kərimli (xanəndə) ibarət trio da Azərbaycan xalq mahnıları və xalq rəqslərinin ifası ilə konsert proqramına rəng qatacaqlar.