ParkCinema-da Avropa Film Festivalı filmlərinə giriş sərbəstdir.
Park Bulvar-da ParkCinema Kinotetrlar şəbəkəsi ənənəvi Avropa Film Festivalını keçirdir. 10-cu Avropa Film Festivalı oktyabrın 2-dən 16-dək davam edəcək.Festivalın təntənəli açılış mərasimi Park Bulvar AVM-də baş tutacaq.Festival çərçivəsində Avropa İttifaqının 14 ölkəsindən filmlər nümayiş olunacaq.Yubiley festivalı çərçivəsində 15 film nümayiş etdiriləcək. Onlardan birinin rejissoru azərbaycanlıdır. Bundan əlavə, festivala Almaniyadan və Latviyadan da iki rejissor gələcək.Avropa Film Festivalı filmlərinə giriş sərbəstdir.