Park Bulvar AVM-də 14 noyabr Ümumdünya Diabet Gününə həsr edilmiş aksiya keçirildi.
Noyabrın 14-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə
və İslahatlar Mərkəzi ilə Park Bulvar AVM-in birgə əməkdaşlığı ilə əhali
arasında şəkərli diabet xəstəliyinin risk amillərinə həsr olunmuş maarifləndirmə
tədbiri həyata keçiridi.İSİM tərəfindən “14 noyabr Ümumdünya Diabet
Günü”nə həsr edilmiş aksiyada əsas məqsəd şəkərli diabet xəstəliyi və
onun profilaktikası barədə əhalini maarifləndirməkdir.Aksiya zamanı insanalrın qanda şəkəriinn miqdarı
yoxlanıldı, boy və çəkiləri ölçüldü, maarifləndirici bukletlər paylanıldı.Həmçinin şəkərli diabetli uşaqların hazırladıqları
xüsusi konsert proqramı da baştutdu.