Park Bulvar AVM-də Beynəlxalq Əlillər Gününə həsr olunmuş aksiya baş tutdu..
Park Bulvar AVM Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) ilə birgə tədbir keçirtdi.
Əlilliyi
olan şəxslərin əl işlərinin satış-sərgisinin məqsədi əlilliyi olan istedadlı şəxslərin
fəaliyyətini ictimaiyyətə təqdim etmək, əl işlərinin satışına dəstək göstərməkdir.
Sərgidə
əlilliyi olan şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar,
xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar
və s. nümayiş olunub.