Azərbaycan Sənayə Bankı
Mərkəzi Bankın 28 sentyabr 1996-cı il tarixli 241 saylı lisenziyasına əsasən fəaliyyətə başlayıb. ASC-nin strategiyaları: Müştərilərə keyfiyyətli xidmət vermək bu sahədə ölkənin bank sektorunda ilk sıralara daxil olmaq; Ölkə iqtisadiyyatının və bank sektorunun inkişafına dəstək vermək – iqtisadi və sənaye layihələrini maliyyələşdirməklə ölkə iqtisadiyyatının inkişafında aktiv rol oynamaq; Yeni bank məhsulları ilə bank sektorunun inkişafına dəstək vermək; Etibarlı və stabil bank olmaq- sabit və tarazlı inkişaf edərək etibarlı və sabit bank olmaq və bu inamı artırmaq.