park-bulvar-avm-nin-teskilati-desteyi-ile-esitme-ve-nitq-mehdudiyyetli-sexslere-sosial-yardim-ictimai-birliyinin-satis-sergisi-bas-tutub

Xəbərlər

16 Jul 2023

"Park Bulvar" AVM-nin təşkilati dəstəyi ilə Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin satış-sərgisi baş tutub

15 və 16 iyul tarixlərində "Park Bulvar" AVM-nin təşkilati dəstəyi ilə Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin satış-sərgisi baş tutub.

"Park Bulvar" ticarət mərkəzi  artıq beş ilə yaxındır ki, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi ilə əməkdaşlıq edir və hər ay əlilliyi olan və olmayan sənətkarların əl işlərinin satış sərgisinə dəstək olur. 

Bu dəfə də ənənəsinə sadiq qalan "Park Bulvar" məhdudiyyətli şəxsləri bayram öncəsi sevindirdi. Əlilliyi olan sənətkar şəxslərin özünəməşğulluğunun təmin edilməsində sərgilərin rolu böyükdür. Elə bu səbəbdən bu dəfə sərgidə on sənətkarın müxtəlif əl işləri satışa çıxarıldı. Sənətkarlar sərgilərdən əldə olunan vəsaitlə  yaradıcılıqlarını davam etdirmək üçün vəsait əldə edir, cəmiyyətə inteqrasiya olur və digər sənətkarlarla ünsiyyət quraraq yeniliklər əldə edirlər.

Digər xəbərlər

news-left-icons news-right-icons