qarabag-tarixi-abidelerinin-miniatur-keramika-maketlerinin-sergisi

Xəbərlər

05 Nov 2023

Qarabağ tarixi abidələrinin miniatür keramika maketlərinin sərgisi

"Park Bulvar" AVM-nin təşkilati dəstəyi ilə Zəfər Gününə həsr olunmuş Qarabağ tarixi abidələrinin miniatür keramika maketlərinin sərgisi baş tutdu. Sərgi "Shams Ceramic" tərəfindən 3-5 noyabr tarixləri arasında qonaqlarını qəbul etdi. Sərgidə Şuşa, Cəbrayıl, Füzuli, Ağdam və Laçın bölgələrinə dair tarixi abidələr nümayiş olundu.

Sərginin məqsədi abidələri qorumaq, insanları milli-mədəni irsimiz barədə maarifləndirmək, eləcə də gələcək nəsillərə bu sevgini aşılamaqdır. Bu sərgi vasitəsilə 30 ildir ki, işğal altında olan Qarabağda dağıdılan və mənimsənilən abidələr üzə çıxarıldı və ictimaiyyətə təqdim olundu.

Digər xəbərlər

news-left-icons news-right-icons