18 Nov 2023
Leykemiya ilə Mübarizə İctimai Birliyinin xeyriyyə yarmarkası
18-19 noyabr tarixlərində "Park Bulvar”ın dəstəyi ilə Leykemiya ilə Mübarizə İctimai Birliyi xeyriyyə yarmarkası təşkil edib. Könüllülər və donorlar tərəfindən qan xərçənginə qarşı mübarizə aparan uşaqlara və onların ailələrinə dəstək məqsədi ilə qurulmuş, mənfəət güdməyən və qeyri-kommersiya təşkilatı olan Leykemiya ilə Mübarizə İctimai Birliyinə “Park Bulvar” tərəfindən lazımi dəstək göstərilərək xeyriyyə yarmarkasının keçirilməsinə və leykozdan (qan xərçəngi) əziyyət çəkən uşaqlara mənəvi dəstək olunub.