esitme-ve-nitq-mehdudiyyetli-sexslere-sosial-yardim-ib

Xəbərlər

08 Apr 2023

"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB

8-9 Aprel 2023 tarixlərində "Park Bulvar AVM" təşkilati dəstəyi ilə Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin satış-sərgisi baş tutdu. “Park Bulvar” ticarət mərkəzi artıq beş ilə yaxındır Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi ilə əməkdaşlıq edərək, hər ay əlilliyi olan və olmayan sənətkarların əl işlərinin satış sərgisinə dəstək olur. Bu dəfə də ənənəsinə sadiq qalan “Park Bulvar”, məhdudiyyətli şəxsləri bayram öncəsi sevindirdi. Əlilliyi olan sənətkar şəxslərin özünəməşğulluğunun təmin edilməsində sərgilərin rolu böyükdür. Bu dəfə də sərgidə səkkiz sənətkarın müxtəlif əl işləri satışa çıxarıldı. Sənətkarlar sərgilərdən əldə olunan vəsaitlə, yenidən yaradıcılıqlarını davam etdirmək üçün vəsait əldə edir, cəmiyyətə inteqrasiya olur, digər sənətkarlarla ünsiyyət quraraq yeniliklər əldə edirlər. Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi Rəhbərliyi adından tərəfimə göndərilən təşəkkür məktubunu da diqqətinizə çatdırıram: Biz Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi olaraq , hər ay, ayda bir dəfə “Park Bulvar” Ticarət Mərkəzinin dəstəyi ilə əlilliyi olan və olmayan sənətkarlar üçün satış sərgi təşkil edirik. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün dövlətimiz tərəfindən müxtəlif tədbir və layİhələr həyata keçirilir. Biz də təşkilat olaraq əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün eşitmə məhdudiyyətli şəxslərin informasiya bazalarının artırılması, müxtəlif sərgi, tədbir və layihələrin təşkilinə dəstək oluruq. Satış sərgilərin təşkili əlilliyi olan sənətkarların yaradıcılığının inkişafı üçün çox önəmlidir. Hər bir iş, birgə əməyin sayəsində daha gözəl alınır. Uzun illər ərzində satış sərgilərin keçirilməsində dəstəkçimiz və artıq dostumuz olan “Park Bulvar” Ticarət Mərkəzi, təşkilat üzvlərimizin də toplandığı doğma məkana çevrilib.

Digər xəbərlər

news-left-icons news-right-icons