22 Apr 2022
Park Bulvarda “Şuşa Graffiti Fest” keçirilib.
“Davam” Gənclər Hərəkatı tərəfindən keçirilən, “Şuşa İli”nə həsr olunmuş festival Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Park Bulvar” Alış-Veriş Mərkəzinin tərəfdaşlığı ilə baş tutub. Festivalda “Davam” Gənclər Hərəkatının nümayəndələri, tanınmış bitboks və rep ustaları, “breakdance” və hip-hop üzrə rəqqaslar, qrafiti-rəssamlar, o cümlədən davamçı gənclər iştirak ediblər. Festival zamanı yaradıcı gənclər alış-veriş mərkəzinin mənfi ikinci mərtəbəsinin divarlarına rəngarəng sprey rəngləyicilər vasitəsilə qrafiti üslubunda rəsmlər çəkərək “street art show” nümayiş etdiriblər. Onlar arasında “Şuşa 2022”, “Dəmir Yumruq”, “Şuşa 270”, “Xarıbülbül” rəsmləri festival iştirakçılarının xüsusi diqqət mərkəzində olub. Sonra isə tanınmış bitboks və rep ustaları tərəfindən müxtəlif ifalar edilib, “breakdance” və hip-hop üzrə rəqs hərəkətləri nümayiş olunub. Qeyd edək ki, rəsmləri əyani görmək istəyən hər bir şəxs Park Bulvar Alış-Veriş Mərkəzinə üz tuta bilər.
Другие Hовости
Новости
28 Oct 2024
Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin
СледующийНовости
08 Jun 2024
"GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyinin xeyriyyə sərgisi
Следующий